Təhlükəsiz saydığımız Signal-ın rəhbəri WhatsApp-ın yaradıcısıdır - Bəlkə BİP?

WhatsApp-ın məxfilik razılaşmasına reaksiya gündən-günə artır. Belə bir vaxtda istifadəçilərin üz tutduğu tətbiqlərdən biri də Signal-dır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Signal Foundation və Signal Messenger LLC tərəfindən hazırlanmış Siqnal tətbiqi açıq mənbə quruluşuna malikdir və şifrəli səsli danışıq, video zəng və ani mesajlaşma kimi imkanlar verir. 2010-cu ilin mayında yaradılan tətbiq istifadəçilərə iOS və Android-də audio və video zənglər etməyə imkan verir. Bütün zənglər isə Wi-Fi və ya məlumat bağlantısı vasitəsi ilə ödənişsiz həyata keçirilir. Bu tətbiq qrup mesajlaşmasını da dəstəkləyir.

Signal-a ilk qoşulan istifadəçilərə isə bu formada bildiriş göndərilir: "Məxfilik istəyinizə bağlı seçim deyil. Hər mesaj, zəng şifrələmə üsulu ilə qorunur".

Maraqlı məqam isə odur ki, Signal-ın qurucularından biri WhatsApp-ın yaradıcısıdır. Şirkət Moxie Marlinspike və WhatsApp-ın həmtəsisçisi Brian Acton tərəfindən yaradılıb. Acton və Marlinspike hələ də Signal Messenger-in İdarə Heyətinin Başçısı və İcraçı direktoru vəzifəsini icra edirlər.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İspaniyanın paytaxtı qar və çovğun səbəbi ilə fəlakət bölgəsi elan oluna bilər

SONRAKI XƏBƏR

Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşdü - FOTO