CES 2021 İnnovasiya mükafatlarına layiq görülən 5 brend və məhsulu

CES jüriləri ənənəvi hala gələn innovasiya mükafatlarının qaliblərini açıqlayıb. 191 şirkətə və 285 məhsula mükafat verən jürilər beləliklə ilin ən yaxşılarını seçiblər.

Milli.Az techland.az-a istinadən bildirir ki, dünyanın ən böyük elektronik məhsul sərgilərindən biri olan CES bu il tamamilə dijital olaraq başladı. Bir neçə gün boyunca davam edəcək tədbirlər daxilində sektorun ən öndə gedənləri, ən yeni texnologiyalarını təqdim edəcəklər. Ancaq sərginin ən maraqlı tərəflərindən biri də hər il ənənəvi olaraq verilən innovasiya mükafatlarıdır. CES komissiyası artıq ən innovativ brendləri və onların məhsullarını müəyyən edib.

CES ən innovativ məhsulları texnologiya şirkətlərinin bazara təqdim etdikləri yeniliklərə görə müəyyən edir. Samsung kimi bəzi şirkətlər bir neçə mükafat almağa layiq görülüb.

AMD - Ryzen 5000 modeli PC sistemləri ilə mükafat layiq görülüb.

Harman Kardon - Minimalist görüntüsü ilə diqqət çəkən Radiance 2400 adlı səs sistemi ilə mükafatın sahiblərindən oldu

IBM tərəfindən yaradılan avtonom və süni zəka əsaslı gəmi dizaynı

LG - Səs tanıma özəlliyinə sahib soyuducu ilə diqqət çəkməyi bacarıb

Samsung - Galaxy Note 20 Ultra və Galaxy Buds+ BTS edition ilə CES tərəfindən mükafatlandırıldı

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rus qırıcıları döyüş mövqeyində - Əməliyyatlar üçün danışıqlar başladı

SONRAKI XƏBƏR

Dünyanın ən qədim şəkli tapıldı - MARAQLI