“BioNTech” vaksini vurulan 23 nəfər öldü

“BioNTech” vaksini vurulan 23 nəfər öldü

“BioNTech” şirkətinin hazırladığı vaksin Norveçdə 23 nəfərin ölümünə səbəb olub.

Cebhe.info xəbər verir ki, Norveçin dərman şirkətinin araşdırmasına görə, xəstələrdən 13-ü xüsusi risk qrupuna aiddir.

Verilən məlumata görə, vaksin xəstələrin əvvəldən var olan xəstəliklərini daha da ağırlaşdırdığını bildirib.

Norveç Sağlamlıq İnstitutu isə artıq vəziyyəti pis olan və 80 yaşı keçmiş xəstələrə peyvənd vurmamağı məsləhət görür.

Dekabın 27-sindən etibarən Norveçdə vaksinləşmə başlayıb.

Prezident Erna Solberqin açıqlamasında peyvəndin pulsuz şəkildə insanlara paylanacağı bildirilmişdir.

İlk olaraq yaşlı insanların yüksək risk qrupunda olduğu nəzərə alınaraq Oslodakı qocalar evindəki insanlara tətbiq olunmuşdu, lakin elə peyvənddən dərhal sonra 2 nəfər vəfat etmişdi.

Gülnarə Məmmədova
 

Mənbə: cebhe.info