Böyük Britaniyada sağlamlıq pasportlarının verilməsinə dair danışıqlar aparılır

Böyük Britaniyada sağlamlıq pasportlarının verilməsinə dair danışıqlar aparılır

Böyük Britaniyadakı bəzi texnologiya şirkətləri ölkə daxilində işçilərin koronavirus epidemiyasına görə müvəqqəti dayandırılan işlərinə qayıtmalarını təmin etmək üçün sağlamlıq pasportlarının verilməsinə dair hökumətlə danışıqlar aparır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Onfido" biometrik şirkət COVID-19 testləri və üz tanıma texnologiyasından istifadə edərək sağlamlıq pasportlarının bir neçə ay ərzində hazır ola biləcəyini açıqlayıb.

Şirkət rəsmiləri pasportların verilməsinə görə antikoronavirus testlərindən və ya mövcud infeksiyanı göstərən antigen testlərindən istifadə edilə biləcəyini bildiriblər.

Qeyd edək ki, Krallığa təklif edilən sağlamlıq pasportu bəzi ölkələrdə sınaqdan keçirilib.

Mənbə: news.milli.az