Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib

2020-ci il meteomüşahidə tarixində üç ən isti illərdən biri olub. Hətta, adətən əhəmiyyətli soyumaya səbəb olan La-Ninya təbii fenomeni vəziyyətə prinsipial düzəlişlər etməyib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni məruzəsində deyilir.

ÜMT-nin məlumatları NASA, ABŞ-ın okeanik və atmosfer araşdırmaları Milli İdarəsi və Böyük Britaniyanın meteoroloji xidmətinin nəticələri ilə üst-üstə düşür.

Meteoroloqlar bildirirlər ki, 2011-ci ildən 2020-ci ilə qədər olan dövr tarixdə ən isti onillik olub. 2015-ci ildən 2020-ci ilə qədər olan altı il isə ən isti illər olub. Birinci yerdə payına istiləşməyə səbəb olan El-Ninyo təbii fenomeni düşən əvvəlki kimi 2016-cı ildir, ikinci yerdə - 2019-cu il, üçüncü yerdə isə 2020-ci il qərarlaşır. Bununla belə, son üç il ərzində orta illik temperatur göstəriciləri bir-birindən yalnız bir qədər fərqlənib.

"Sadəcə inanılmazdır ki, 2020-ci il praktiki olaraq, bütün tarixboyu ən intensiv olan, istiləşməyə səbəb olan El-Ninyo fenomeninin şahidi olduğumuz 2016-cı illə eyni oldu. Bu, insan fəaliyyətinin səbəb olduğu iqlim dəyişikliyinin güc nöqteyi nəzərdən təbiət qüvvələri ilə bərabərləşməsinin bariz əlamətidir", - deyə ÜMT-nin rəhbəri Petteri Taalas bildirib.

2020-ci ildə, ÜMT-nin məlumatına görə, orta illik temperatur 14,9 dərəcə Selsi təşkil edib ki, bu da sənaye səviyyəsindən 1,2 dərəcə yüksəkdir. Xatırladaq ki, İqlim üzrə Paris Razılaşmasına görə cari əsrdə iqlim fəlakətinin qarşısını almaq üçün qlobal temperaturun 2 dərəcə Selsi həddinə qədər artmasını saxlamaq lazımdır.

"Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində ən isti illərindən birinin olduğunu təsdiqləyib və bu, çox sürətli templərlə baş verən iqlim dəyişikliyinin planetimizdə həyatı məhv etməsi ilə bağlı daha bir şok xatırlatmadır", - deyə BMT-nin Baş katibi söyləyib.

"İndi temperatur artıq 1,2 dərəcə Selsi qalxıb və biz hər bir bölgədə və hər bir qitədə görünməmiş, ekstremal hava hadisələrinin daim şahidi oluruq. İndi biz bu yüzillikdə temperaturun artmasının fəlakətli göstəriciləri - 3 dərəcədən 5 dərəcəyədək Selsi istiqamətində hərəkət edirik", - deyə o əlavə edib.

ÜMT 2020-ci ilin ekstremal - Sibirdə baş verən miqyaslı yanğınlar, bütün dünyada ekstremal istilər və Atlantikada intensivliyi üzrə rekord qasırğa mövsümü - hadisələri haqqında xatırladır. Misli görünməmiş iqlim hadisələrinə görə ABŞ iqtisadiyyatına, məsələn, 22 milyard dollar həcmində ziyan dəyib.

"Təbiətlə sülh əldə etməyə çalışmaq - XXI əsrdə başlıca vəzifədir. Bu, hər kəs üçün və hər yerdə prioritet olmalıdır", - deyə BMT rəhbəri bildirib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)

SONRAKI XƏBƏR

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı