The Wall Street Journal nəşri iddia edir ki, ötən yay yenilənmədən sonra ChatGPT dünyanın müxtəlif ölkələrində yüzlərlə istifadəçiyə bioloji silah və zəhərli maddələrin hazırlanması və istifadəsi ilə bağlı təlimatlar təqdim edib.
Nəşrin yazdığına görə, süni intellekt modeli istifadəçilərin suallarına ətraflı və mərhələli şəkildə cavab verib.
Bildirilir ki, OpenAI əməkdaşları bu təlimatların orta məktəb biologiya kursunu keçən şagird tərəfindən belə izlənilə biləcək qədər sadə olduğunu qeyd ediblər.
Məqalədə vurğulanır ki, cavabları təhlil edən bəzi bioloqlar onları "ölümcül dərəcədə dəqiq" kimi qiymətləndiriblər.
OpenAI isə son dövrlərdə təhlükəli məzmunun qarşısının alınması üçün təhlükəsizlik mexanizmlərini davamlı olaraq təkmilləşdirdiyini bildirir.

Mənbə: bizim.media