Ötən il istilik rekordu təzələnib

Ötən il istilik rekordu təzələnib

Bir müddət əvvəl isə Avropa Birliyinin İqlim Monitorinqi Xidmətinin mütəxəssisləri müşahidə dövrü ərzində ötən ilin ən isti il olduğunu qeyd etmişdilər.

BAKI, 16 yanvar — Sputnik. NASA və ABŞ Milli Okean və Atmosfer Administrasiyasının hesabatına görə, keçən il dörd il öncə qeydə alınan temperatur rekordu təkrarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, 2020-ci ildə orta qlobal istilik 1951-1980-ci illər üçün əsas götürülmüş orta temperaturdan 1,02 dərəcə yüksək olub. Bu səbəbdən də Arktikanın buzları sürətlə əriyir.

NASA-nın "Goddard Space Research" İnstitutunun (GISS) rəhbəri Qevin Şmidt bildirib ki, yaxın gələcəkdə temperatur qeydləri yenilənməyə davam edəcək. Bununla da Yer üzündə qlobal istiləşmə təsdiqlənir.

Bir müddət əvvəl isə Avropa Birliyinin İqlim Monitorinqi Xidmətinin mütəxəssisləri müşahidə dövrü ərzində ötən ilin ən isti il olduğunu qeyd etmişdilər. Belə ki, ötən il orta istilik sənayedən əvvəlki səviyyədən 1.25 dərəcə yüksək olub.

Mənbə: sputnik.az