"Feysbuk" və "İnstaqram" Trampın hesabını açdı

"Feysbuk" və "İnstaqram" Trampın hesabını açdı

Eastnews.org-un verdiyi xəbərə görə, “Feysbuk” və “İnstaqram” sosial şəbəkələri ABŞ Prezidenti Donald Trampın hesablarını blokdan çıxarıb.

Bu barədə RİA “Novosti” məlumat verib.

Məlumata əsasən, sosial şəbəkələrin rəhbərliklərindən bu mövzuda rəsmi şərh verilməyib. Hazırda Trampın səhifələrini izləmək mümkündür, lakin ona yeni mesajlar yayımlamaq üçün icazə verilib-verilmədiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, yanvarın əvvəlində “Feysbuk”un qurucusu Mark Zukerberq ABŞ prezidentinin vəzifədən gedənə qədər səhifələrinin bloklanacağını açıqlamışdı.

 

Mənbə: eastnews.org