2024-cü ilədək planet əhalisinin 45%-i “5G” şəbəkələrdən istifadə edəcək

2024-cü ilədək planet əhalisinin 45%-i “5G” şəbəkələrdən istifadə edəcək

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” beşinci nəsil (5G) şəbəkələrin inkişafı üzrə öz proqnozuna yenidən baxıb. İndi şirkətin qiymətləndirməsinə görə, 2024-cü ilədək dünyada belə şəbəkələrə 1,9 milyard qoşulma qeydə alınacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 27% daha çoxdur.

“ICTnews” Elektron Xəbər Xidməti “servernews.ru” saytına istinadən yazır ki, ekspertlərin fikrincə, 5 il sonra planet əhalisinin 45%-nin yaşadığı ərazilərdə “5G” şəbəkələri əlçatan olacaq.

Analitiklər Şimali Amerikanı sözügedən texnologiyanın tətbiqi üzrə gələcək lider adlandırıblar: 2024-cü ilə həmin regionda təxminən 270 milyon “5G” abunəçisi olacaq.

“Ericsson” şirkətinin araşdırmasına görə, 2024-cü ilin sonuna LTE şəbəkələrə qoşulmaların sayı 5 milyard təşkil edəcək.

 

Emil Hüseynov

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə: metbuat.az