Çinli mütəxəssislər yaşlılar arasında “Pfizer” peyvəndinin istifadəsini dayandırmağa çağırırlar

Çinli mütəxəssislər yaşlılar arasında “Pfizer” peyvəndinin istifadəsini dayandırmağa çağırırlar

Eastnews.org-un verdiyi xəbərə görə, Çinin səhiyyə mütəxəssisləri Norveçdəki ölüm hadisələri səbəbiylə yaşlı insanlar arasında “Pfizer” koronavirus peyvəndinin istifadəsinin dayandırılmasına çağırıb.

Bu barədə Çinin “Global Times” qəzeti məlumat verib.

“Çinli tibb mütəxəssisləri Norveç və digər ölkələri, xüsusilə yaşlı insanlar arasında “Pfizer” kimi şirkətlər tərəfindən istehsal olunan “mRNK” əsaslı koronavirus peyvəndlərinin istifadəsini dayandırmağa çağırıblar. Müraciət peyvənd alan 23yaşlı norveçlinin ölümü ilə əlaqədar bu peyvəndlərin təhlükəsizliyinə dair şübhələrə görədir”, - deyə qəzet ekspertlərə istindən yazıb.

Qəzetin sitat gətirdiyi çinli immunoloqa görə, yeni “mRNK” əsaslı peyvənd tələsik hazırlanıb və heç vaxt yoluxucu xəstəliklərin qarşısını almaq üçün geniş miqyasda istifadə olunmayıb, təhlükəsizliyi insanların peyvənd edilməsində geniş istifadə ilə təsdiqlənməyib.

Çinli mütəxəssislərin fikrincə, ölümlərin peyvəndlərdən və ya xroniki xəstəlikdən qaynaqlandığını təyin etmək üçün ölümlər diqqətlə təhlil edilməlidir.

 

Mənbə: eastnews.org