"WhatsApp" geri çəkildi

"WhatsApp" geri çəkildi

"WhatsApp" mesajlaşma mübadilə sistemi yeni qəbul etdiyi qaydaların tətbiqindən bir müddət imtina edəcək.

Redaktor.az xəbər verir ki, buna səbəb sosial şəbəkənin milyonlarla istifadəçisini itirməsidir.

Belə ki, əvvəl "WhatsApp" platforması fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni əlavə olunmuş bəndin tətbiqini fevralın 8-nə planlaşdırırdı.

Lakin son məlumatlara əsasən, yeni tətbiqin tarixi mayın 15-nə dəyişdirilib.

 

Mənbə: redaktor.az