Fransada etirazçılar 5G tezliyinə malik qülləni yandırdılar

Fransada etirazçılar 5G tezliyinə malik qülləni yandırdılar

Fransanın Limoj şəhərində beşinci nəsil mobil əlaqə (5G) standartlarının tətbiqi əleyhinə aksiya keçirilib.

“Le Figaro” nəşri xəbər verir ki, etirazçılar şəhərdə olan 5G tezliyinə malik qülləyə od vurublar.

Nəticədə təxminən 1,5 milyon insan rabitə, radio və televiziyasız qalıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Mənbə: paralel.az