Peyvəndlə bağlı şok: sonsuzluq, ölüm…

Peyvəndlə bağlı şok: sonsuzluq, ölüm…

Korona vaksini qapımızdadır, insanlar könüllülük prinsipini əsas götürüb peyvənddən yayınır. Buna səbəblərdən biri də illərlə peyvəndlər haqqında gəzən miflər, zərərləri barədə əvvəl dillərdə, indi internetdə gəzən şayiələrdir.

Turkustan.info xəbər verir ki, Medicina.az tibb portalı onlardan bəzilərinə aydınlıq gətirib.

Bir çoxları bunu belə əsaslandırır ki, koronavirusun iti tac ucları orqanizmin öz zülallarına, yəni Sinsitin 1 zülalına yapışır. Uşaq dünyaya gətirmək yaşında olan qadınlarda Sinsitin 1 plasentanın formalaşmasına və dölün uşaqlıqda qidalanmasına cavabdehdir. Vaksindən sonra virus sensitinə keçəcək. Bununla da qadın hamilə qala bilməyəcək, çünki plasenta əmələ gəlməyəcək. Lakin bu iki zülal arasında əlaqə yoxdur, vaksinin zülallara təsiri demək olar mümkün deyil.

Koronavirus vaksini qadınlarda sonsuzluğa səbəb olmur.

Genlər və DNT-də dəyişiklik yaradır

Bu, mümkün deyil. Müasir vaksinlər zəiflədilmiş virus hissələri daşıyır. RNK yaddaşlı vaksinlər insan DNT-nə təsir edə bilməz. Vaksində olan RNK-lər hətta hüceyrlərin nüvəsinə belə çatmır. Virusun mesencer molekulları ancaq plazma hüceyrələrində dövr edir, sonra tez parçalanır.

Mənbə: turkustan.info