Stress koronavirusa zəmin yaradır

Stress koronavirusa zəmin yaradır

Alimlər koroanvirus pandemiyasının psixoloji təsirləri haqqında tədqiqatlar aparıblar.

Redaktor.az xəbər verir ki, Covid-19-un narahatlıq yaradacaq dərəcədə sürətlə yayılmasından sonra alimlər onun insan psixologiyasına təsirini araşdırıblar.

Məlum olub ki, koronavirusa yoluxma qorxusu insanlarda panika yaradır və gündəlik həyat keyfiyyətini aşağı salır.
Hətta yaratdığı psixoloji sarsıntı insanın əmək qabiliyyətinə mənfi təsir edir.

Beyin bədənlə əlaqəli olduğundan gün ərzində həddindən artıq narahatlıq keçirmək və ya narahatlıqdan qaynaqlanan stress sinir sistemində stress hormonlarının ifrazına səbəb olur.

Bu hormonlar qan şəkərinin səviyyəsini artırır. Bu da öz növbəsində, başgicəllənmə, sürətli ürək döyüntüsü, baş ağrısı, diqqətsizlik və tərləmə kimi fiziki reaksiyalara səbəb olur. Qandakı bu stress xroniki narahatlıq yaradır və immun sisteminin fəaliyyətini pozur. Nəticədə insan keçirdiyi psixoloji sarsıntı COVID-19-a gətirib çıxarır. //Axşam.az

Mənbə: redaktor.az