Saxta polislər peyda oldu: Görün insanları necə "soyurlar"

Saxta polislər peyda oldu: Görün insanları necə "soyurlar"

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) "Telegram"da kiberpolisin rəsmi xidməti kimi təqdim olunan saxta botun peyda olması barədə vətəndaşlara xəbərdarlıq edib.

Nazirliyin məlumatına görə, dələduzlar istifadəçilərə guya kibertəhdidlərdən qorunmaq üçün ödənişli abunə təklif edir və ya altırəqəmli təsdiq kodunu daxil etmələrini istəyirlər.

Həmin kodu əldə edən fırıldaqçılar istifadəçinin "Telegram" hesabına giriş imkanı qazana bilirlər.

DİN vurğulayıb ki, kiberpolis bölmələri vətəndaşlara məlumatlandırma ilə bağlı heç bir ödənişli xidmət göstərmir. Bu cür təkliflərin hamısı dələduzluq cəhdidir.

Qurum istifadəçilərə şəxsi məlumatlarını və təsdiq kodlarını heç bir halda naməlum şəxslərlə və ya şübhəli botlarla paylaşmamağı tövsiyə edib.

Adəm

Mənbə: publika.az