ABŞ-ın qeyri-kommersiya təşkilatı “Telegram”ın “AppStore”dan silinməsi tələb edib

ABŞ-ın qeyri-kommersiya təşkilatı “Telegram”ın “AppStore”dan silinməsi tələb edib

Amerikanın “Coalition for a Safer Web” adlı qeyri-kommersiya təşkilatı “Telegram” tətbiqinin “AppStore”dan silinməsini tələb edib.

Banker.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Təşkilat messencerin Vaşinqtondakı Kapitoliya hücumundan əvvəl ekstremist danışıqların qarşısını almaq üçün heç bir tədbir görmədiyini hesab edir. Mütəxəssislərin sözlərinə görə, bu iddianın əsas məqsədi “Apple” şirkətini “Telegram”a qarşı müəyyən tədbirlər görməyə məcbur etməkdir.

Xatırladaq ki, 6 yanvar tarixində prezident Donald Trampın tərəfdarları ABŞ Konqresinin binasına basqın ediblər. Bundan sonra ABŞ Konqresi rəsmi olaraq demokrat Cozef Baydenin zəfərini təsdiq edib və hakimiyyətin dinc yolla ötürülməsini təmin edəcəyinə söz verib.

Mənbə: banker.az