Braziliya bu 2 peyvəndin təcili istifadəsini təsdiqlədi

Braziliya bu 2 peyvəndin təcili istifadəsini təsdiqlədi

Braziliya yeni növ koronavirusa qarşı hazırlanmış “CoronaVac” və “Oxford-AstraZeneca” peyvəndlərinin təcili istifadəsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Tənzimləmə Təşkilatı (ANVISA) məlumat yayıb.

Bildirilib ki, ilk növbədə 8 milyon doza (2 milyon “AstraZeneca”, 6 milyon “CoronaVac”) peyvənd tətbiq olunacaq.

Təcili istifadəsi üçün müraciət olunan “Sputnik V” vaksininin isə daha çox araşdırılmaya ehtiyac olduğu bildirilib.

Mənbə: qafqazinfo.az