Göy cisimlərinin insan orqanlarına fizioloji təsiri... - Ağa Salamov

Göy cisimlərinin insan orqanlarına fizioloji təsiri... - Ağa Salamov

Astrologiyanın tarixi Babillərə qədər gedib çıxır və onun bütün dünyaya məhz Babillərdən yayıldığı ehtimal olunur. Babillər göy üzünü bir dairə sayır, İdris Peyğəmbərin də "Çərxi fələk" adı verdiyi bu dairəni 12 bərabər hissəyə bölürdülər. Hər biri 30 dərəcə olan bu hissələri “səma evi” adlandırır, beləliklə 12 səma evi meydana çıxırdı. Hər bir səma evinin, bürcün və ulduzun da mənası, funksiyası olduğu bildirilirdi. Təbii ki, astronomiya falçılıq deyil, əksinə səma evləri, bürclər və ulduzlardan yararlanan bir elm və sənətdir. Astrologiya kainatda harmoniya və simmetriyanı əsas götürür, hər kəsin bu harmoniya və simmetriyanın bir parçası olduğunu sübut edir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov göy cisimlərinin insan orqanları üzərində fizioloji təsirləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, orta əsr təbabətində göy cisimlərinin insan orqanlarına fizioloji təsiri ilə əlaqəli astroloji baxışlar üstünlük təşkil edib:

“Bürclər qurşağı insanın anatomiyasını yönəldir, planetlərin daxili orqanlara hakim olduğuna inanılır və buna görə də dünyamızın peyki Ay hesab olunurdu. Bu, dənizdəki dalğa təsirini artırdığı kimi, bədən sekresiyalarının artmasına və azalmasına da səbəb olur. Elm və mədəniyyət tarixçisi, Linn Torndaykın dediyinə görə, Avreli Avqustin 1340-cı ildə bürclərin təsirinə əsaslanaraq xəstəliklərdən qorunma məqsədi ilə düzgün qidalanmaya istiqamət verib.

Buna görə də əgər insan xüsusilə melanxoliyaya yol açan Saturn planentinin təsiri altına düşübsə, meyvə və çiy tərəvəzlərdən uzaq durmalı, heç bir paxlalı bitkiləri yeməməli idi. Yeni eranın əvvəllərində həkimlər alkaqollu içkiləri dərman kimi məsləhət görməyə başladılar və alkaqolla birlikdə yeyilən ət kimi sərt qidaların daha asan həzm olunduğunu irəli sürdülər”.

Ağa Salamov qeyd edib ki, içkilərdən təbii mineral sular və süni hazırlanmış sodalı sular da bu arada həzmi yaxşılaşdırdığına görə yayılmağa başlayıb: “İsti ədviyyatlı qırmızı şərab yerini şirin şərablara, hətta şampana verdi. Avropada 10-cu əsrdə yayılan paxla, mərci və noxud şərqdə 100 illərdən bəri tanınırdı. Paxla şərqlilərin əsas yeməyi idi.

Şərq xalqları paxlanın on iki növünü çoxaldıb, hər birinə xas bişirmə üsulunu inkişaf elətdirmişdilər. Tanınmış alim Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə əl-Razi paxlanın qazını çıxartmaq üçün qaynatdıqdan sonra ilk suyunu atmağı məsləhət görürdü”.

 

Mənbə: teleqraf.com