“PlayStation 5″də “Skyrim”i 60fps rejimində oynamaq mümkün olacaq

“PlayStation 5″də “Skyrim”i 60fps rejimində oynamaq mümkün olacaq

“Bethesda Softworks”ün məşhur RPG video-oyunu “Skyrim”in həvəskarları artıq “PlayStation 5″də oyuna 60 fpsə (saniyədə 60 kadr) qədər qrafik surətlənmə verə biləcəklər.

Qazet.az “Eurogamer”ə istinadən xəbər verir ki, həmçinin oyundaxili “Trophies” (“Mükafatlar”) rejimi də yeni modda aktiv olacaq.

Bu funksiyadan zövq almaq üçün sadəcə “Skyrim”in oyundaxili mod menyusu vasitəsilə sözügedən rejimi endirib aktivləşdirmək, daha sonra isə yadda saxlanılan mövcud oyuna daxil olmaq və ya yeni oyuna start vermək kifayətdir.

Bu mod “PlayStation 4” və “PlayStation 4 Pro”da da mövcud olsa da, oyunun keyfiyyəti istifadə etdiyiniz cihazın xüsusiyyətlərindən asılı olacaq.

Yeni modu xüsusi edən odur ki, istifadəçilər “Trophies” funksiyasını söndürmədən də oynaya biləcəklər. Sadəcə yeni modu yükləyib aktiv edin, oyuna başlayın, sonra isə əsas menyuya qayıdın. Sonra hər şey müvafiq menyudan modu söndürməkdən və ya silməkdən asılı olacaq. Bundan sonra başladığınız oyunların hamısı saniyədə 60 kadr sürətində açılacaq.

Unutmaq olmaz ki, digər modlar aktiv olduğu halda, “Trophies” funksiyası deaktiv qalacaq və 60 fps rejimini aktivləşdirmək üçün hər dəfə yuxarıdakı prosesi təkrarlamaq lazım gələcək.

 

Mənbə: qazet.az