Robot tozsoranlar ABŞ-da “casus” elan edildi

Robot tozsoranlar ABŞ-da “casus” elan edildi

ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) xarici istehsal olan ağıllı robot tozsoranları və digər qabaqcıl robot texnikasını potensial kibertəhlükəsizlik riski kimi qiymətləndirib.

Qurum bu cür cihazların istifadəçilər haqqında məlumat toplaya, uzaqdan idarə oluna və xarici xüsusi xidmət orqanları tərəfindən izləmə məqsədilə istifadə edilə biləcəyini bildirib.

Yeni məhdudiyyətlər yalnız bundan sonra sertifikatlaşdırılacaq cihazlara şamil olunacaq və hazırda istifadə olunan robot tozsoranlara təsir etməyəcək.

Mənbə: bizim.media