Alimlər ilk dəfə balina köpəkbalıqlarının üzərinə kamera quraşdıraraq onların suyun dərinliklərindəki davranışını qeydə alıblar.
Marine Biology jurnalında dərc olunan araşdırmaya əsasən, bu nəhəng balıqların yalnız suyun səthində deyil, həm də dərinliklərdə və hətta dəniz dibinə yaxın ərazilərdə qidalandığı müəyyən edilib.
Tədqiqat zamanı alimlər balina köpəkbalıqlarında 36 fərqli davranış modeli qeydə alıblar.
Onlardan 12-si qidalanma, 6-sı isə elm üçün tamamilə yeni davranış formaları olub.
Mənbə: bizim.media