ChatGPT-yə yazdıqlarımız hara gedir?

ChatGPT-yə yazdıqlarımız hara gedir?
Süni intellekt platformalarından istifadə genişləndikcə, istifadəçiləri ən çox düşündürən suallardan biri də ChatGPT-yə yazılan məlumatların necə istifadə edilməsidir.
Məxfilik qaydalarına görə, istifadəçilər hesab ayarlarında bu funksiyanı söndürməyiblərsə, söhbətlərin bir hissəsi modeli təkmilləşdirmək məqsədilə istifadə oluna bilər.
Bununla yanaşı, istifadəçilər Data Controls bölməsindən bu seçimi deaktiv edə və ya Temporary Chat rejimindən istifadə edərək söhbətlərinin modelin təlimində istifadə olunmasının qarşısını ala bilərlər.
Ekspertlər xəbərdarlıq edirlər ki, çatbotlarla ünsiyyət zamanı bank kartı məlumatları, parollar, şəxsiyyət vəsiqəsi məlumatları və digər həssas şəxsi informasiyalar paylaşılmamalıdır. Bu tövsiyə təkcə ChatGPT-yə deyil, bütün süni intellekt xidmətlərinə aiddir.
Mütəxəssislərin fikrincə, süni intellektdən təhlükəsiz istifadə üçün istifadəçilər məxfilik ayarlarını mütəmadi yoxlamalı və hansı məlumatları paylaşdıqlarına diqqət yetirməlidirlər.
Şahanə

Mənbə: azxeber.com