Honda elektrikli avtomobillər hazırlayır - Modelin biri təpəyə dırmaşacaq

Honda xüsusi elektrikli avtomobillər hazırlayır.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2021 Tokyo Avto Salon-a hazırlaşan şirkət iki maraqlı konsepsiya üzərində işləyir. Bunlardan biri Honda E drag maşını, digəri Honda N-One təpəyə dırmaşan avtomobildir.

Honda bu fikirləri "ciddiyə alınan cəfəngiyyat" adlandırsa da, deyəsən, nəticə verdi.

Honda-nın veb-saytındakı açıqlamaları tərcümə etdiyimiz zaman "Cəfəng olmaq problem deyil. Niyə, həqiqətən, cəhd etməyək?" sözləri vəziyyəti tam izah edir. Normalda suyla soyudulan 35,5 kVt / saat litium-ion batareyalı elektrik motoru 148 at gücü istehsal edir. Bu rəqəmi ikiqat artıranda, həqiqətən, sürətli bir maşın görmək mümkündür.

Digər yarış avtomobili isə K-Climb-dir. Əsasən Honde N-One RS-in dəyişdirilmiş bir versiyası olan avtomobilin güc vahidinə necə dəyişiklik ediləcəyi hələ ki bilinmir. 1967 Honda N360-dan ilham alan və mexaniki sürət qutusu ilə 2020-ci ilin noyabrında bazara çıxan avtomobil təpələrə asan qalxmaq və bəzi yükləri azaltmaq üçün karbon lifli kapota sahibdir.

Honda hər iki modeli mart ayında reallaşacaq sərgilərə gətirməyə qərarlıdır.

Avtomobil şirkətləri zaman-zaman qəribə və bir qədər gülməli avtomobillər hazırlayır. Buna baxmayaraq, elektrikli avtomobillərin bu şəkildə performans göstərməsi gələcəkdə sıfır karbonlu idmana yol aça bilər.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət Əmək Müfəttişliyi Xidməti şirkəti cərimələyib

SONRAKI XƏBƏR

“Honor MagicBook Pro 2021” noutbuku təqdim edilib