“Honor MagicBook Pro 2021” noutbuku təqdim edilib

“Honor MagicBook Pro 2021” noutbuku təqdim edilib

"Honor" şirkəti "Honor MagicBook Pro 2021" adlı yeni noutbuk təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "AMD Ryzen 5 4600H" prosessoru üzərində qurulan əvvəlki "HonorBook" qurğusundan fərqli olaraq yeni model "Intel Core i5-10210U" prosessoru və "Nvidia GeForce MX350" qrafik sürətləndiricisi ilə təchiz edilib.

"Honor MagicBook Pro 2021" noutbuku "sRGB" rəng məkanını 100 faiz əhatə edən "Full HD" formatlı 16,1 düym diaqonallı ekrana malikdir. Noutbuk 16 giqabaytlıq operativ və 512 giqabayt tutumlu "NVMe" bərkcisimli toplayıcısı ilə təchiz olunub.

Bundan başqa, videozənglər üçün klavişlər arasında gizlədilmiş üzə çıxan veb-kamera mövcuddur. Noutbuk üç "USB-A" və bir "USB-C" portu, eləcə də bir "HDMI" və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxışla təchiz edilib.

Həmçinin noutbuk kompüterin işəsalma düyməsinə quraşdırılan barmaq izi skanerinə malikdir. Avtonom iş vaxtına gəldikdə, Çin şirkəti nümayəndələrinin sözlərinə görə, 566 vatt-saat tutumlu batareya sayəsində noutbuk təkrar enerji toplamadan 11,5 saatadək işləyir. Qablaşdırmaya 50 faizlik enerjinin toplanılmasını təxminən 30 dəqiqəyə təmin edəcək 65 vatt gücündə qida bloku daxildir.

"Honor MagicBook Pro 2021" noutbukunun qiyməti min dollar təşkil edir.

 

Mənbə: news.milli.az