İstifadəçi haqqında daha çox məlumat toplayan yeni barmaq izləri skaneri istifadəyə verilib

İstifadəçi haqqında daha çox məlumat toplayan yeni barmaq izləri skaneri istifadəyə verilib

ABŞ-ın "Qualcomm" şirkəti tezliklə smartfonlarda tətbiq ediləcək yeni nəsil ultrasəs barmaq izləri skanerlərini elan edib. Bu texnologiya Las-Veqasda keçirilən "CES 2021" sərgisində mükafata layiq görülüb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Qualcomm 3D Sonic Sensor Gen 2" ultrasəs sensoru birinci nəslin əsas üstünlüklərini (barmaq izinin sürətli tanınması və hətta yaş barmaqların etibarlı skan edilməsi) qoruyub saxlayıb.

Ekranın altına quraşdırılacaq yeni skaner artıq 2021-ci ilin əvvəlində qabaqcıl smartfonlarda tətbiq ediləcək.

Mənbə: news.milli.az