Uçan taksi Y6S Plus təqdim edildi

Uçan taksi Y6S Plus təqdim edildi

Autonomous Flight tərəfindən gələcəyin uçan taksilərdən biri ehtimalı olan Y6S Plus konsepsiyasını təqdim edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, üç pərli quruluşa sahib olan Y6S Plus bu xüsusiyyəti ilə rəqiblərindən fərqlənir.

Şirkət bir neçə ildir eVTOL konsepsiyaları üzərində işləyir və Y6S Plus adlı yeni altı yerlik eVTOL konsepsiyasını maraqlı bir dizaynla təqdim edib.

Əksər eVTOL konsepsiyaları dörd pər dizaynına sahib olsa da, Y6S Plus üç pərlidir. Bunlardan ikisi, avtomobilin qarşısında, üçüncüsü isə quyruq hissədədir.

Dizayn baxımından qüsursuz görünsə də, üçlü qalxma gücünün necə sabitlik və idarəetmə təmin edəcəyini bilmək üçün vasitənin uçuş testlərini görmək lazımdır. Məlumata görə, öndəki iki pər havaya qalxdıqdan sonra irəli əyilir və 200 km/saat sürətə çata bilir.

Şirkət tərəfindən edilən açıqlamalar, Y6S Plus bir dəfəlik şarjla 130 kilometr gediş məsafəsinə sahib olacaq.

Mənbə: news.milli.az