“iPhone 12 Pro” smartfonunun prototipi məlum olub

Proqram tərtibatçısı Culio Zompettinin "Twitter" hesabında "iPhone 12 Pro" smartfonunun prototipinin fotoşəkili dərc edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qabaqcıl "Apple" qurğusuna bənzəyən smartfonun fotoşəkilini yerləşdirən proqram tərtibatçısı onun prototip versiyasını əldə etdiyini bildirib. Konstruksiya baxımından yeni qurğu xarici görünüşünə görə hazırda satışda olan "iPhone 12 Pro" modelindən fərqlənmir. Lakin mütəxəssis qeyd edib ki, model test nümunəsi olduğundan satış üçün nəzərdə tutulmayıb.

Birincisi, açıqlanan smartfonun arxa panel və yan çərçivəsində sertifikasiya oyması həkk edilməyib. İkincisi, smartfon alternativ "SwitchBoard" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Proqram tərtibatçısının sözlərinə görə, bu əməliyyat sistemi hazırkı "iOS 14.1" sisteminə çox bənzəsə də, sistemin interfeys elementləri ekran ölçüsünə uyğunlaşdırılmayıb.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO

SONRAKI XƏBƏR

Uzaq durulması gərəkən vərdiş və xüsusiyyətlər