Qabaqcıl “Hisense” lazer televizorları təqdim edilib

Çinin "Hisense" şirkəti "CES 2021" istehlak elektronikası sərgisində yeni "TriChroma Laser TV" texnologiyası haqqında informasiyanı bölüşüb. O, standart "RGB" ilə müqayisədə daha geniş rəng spektrinə nail olmağa imkan verməklə görüntü keyfiyyətini xeyli yaxşılaşdırır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Hisense", həmçinin yeni "TriChroma Laser TV" texnologiyası əsasında qurulan sosial funksiyalı dünyada ilk tamrəngli lazer televizor təqdim edib. Televizorda üçrəngli müstəqil lazer işıq mənbəyindən istifadə sayəsində rənglər daha dəqiq görüntü üçün bir-birinə qarışmır. Onun "BT2020" rəng qammasının əhatə dairəsi 107 faiz, "DCI-P3" rəng məkanının 151 faiz təşkil edir ki, bu da qabaqcıl kinoteatrlarla müqayisədə 50 faiz çoxdur.

Şirkət nümayəndələrinin sözlərinə görə, "Hisense" sosial televiziyanı və altı nəfərədək olmaqla sonradan min iştirakçıyadək artırılan ilk videozənglər funksiyasını istifadəyə verən ilk televizor brendidir. Bundan başqa, televizor kamera vasitəsilə istifadəçinin məşqlər zamanı hərəkətlərini izləmək və texnikanın yaxşılaşdırılması ilə bağlı tövsiyələr vermək üçün süni intellekt texnologiyalarından istifadə edir.

Gələcəkdə "Hisense" şirkəti 10 min və daha yüksək lümen parlaqlıqlı kommersiya lazer televizorları buraxmaq niyyətindədir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb

SONRAKI XƏBƏR

Hamilə qadın bətnindəki körpəni koronavirusa yoluxdurub