Smartfonlar üçün 200 meqapiksellik kameralar təqdim ediləcək

Smartfonlar üçün 200 meqapiksellik kameralar təqdim ediləcək

"Samsung" şirkəti 2021-ci ildə rekord təsvir ölçülü kameraya malik smartfonunu təqdim edəcək. Bu haqda öz "Twitter" mikrobloqunda "Ice Universe" şəbəkə insayderi məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, nüfuzlu mütəxəssisin sözlərinə görə, Cənubi Koreya şirkəti kameralar üçün 200 meqapiksellik təsvir ölçüsünə malik sensor hazırlayır. Sensor "ISOCELL" tərəfindən istehsal ediləcək. "Ice Unvierse" şəbəkə insayderi belə kameraya malik smartfonların çıxarılma müddətini dəqiqləşdirməyib, amma bildirib ki, tezliklə 200 mp-lik kameralar əlçatan olacaq.

Mənbə: news.milli.az