BİP və Yaay tətbiqlərinə keçənlər internetsiz istifadədən yararlanacaqlar

BİP və Yaay tətbiqlərinə keçənlər internetsiz istifadədən yararlanacaqlar

WhatsApp-ın istifadəçi qaydalarını dəyişməsi xeyli insanın alternativ platformalara keçid etməsi ilə nəticələnib. Ayrı-ayrı ölkələr də Whatsapp-dan imtina istiqamətində işlərə başlayıblar. Bu tip addımlardan biri də Türkiyədən gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni əməkdaşlığa əsasən, Türk Telekom və Vodafone mobil operatorları istifadəçiləri BiP və Yaay tətbiqləri üçün internet kvotası xərcləməyəcəklər.

Bu barədə sözügedən mobil operator rəsmilərinin Tvitter hesablarında da məlumat verilib. Bildirilib ki, bu, istifadəçilərin fərdi məlumatlarının mühafizəsi xarakteri daşıyır.

Mənbə: news.milli.az