Çay koronavirusu ağızda məhv edə bilir? – ARAŞDIRMA

Çay koronavirusu ağızda məhv edə bilir? – ARAŞDIRMA

Yapon alimləri çay içərkən ağız suyundakı koronavirusun məhv olduğunu öyrəniblər və bunun üçün çayın ağızda 10 saniyə saxlanılmasını məsləhət görüblər.

Alimlər bildiriblər ki, amma bu virusun tam məhvi demək deyil, belə ki, onun hissələri yenidən bərpa ola bilir.

Cebhe.info xəbər verir ki, yapon alimlərinin bu açıqlamasını rus həmkarları da təsdiqləyiblər.

Bu barədə "İzvestiya"qəzeti yazıb.

Alimlərin fikrincə, bu onunla izah olunur ki, çayın tərkibindəki maddələr virusun ətrafındakı hüceyrələrə daxil olmağa kömək edən zülalları məhv edir.

"Çayın tərkibində tanin adlı maddə var. Bu maddə zülalları, o cümlədən viruslu zülalları məhv etmək gücünə malikdir. Ona görə də çayı nə qədər tünd içsək, virusu daha möhkəm məhv etmiş olarıq", - deyə rusiyalı alim Georgi Suslyanok bildirib.

Suslyanok həmçinin çay qəbul edərkən istiliyini də nəzərə alınmasını xatırladıb.

Alimlər sübut ediblər ki, çay yarpağında antioksidant katexinlər var. Emal zamanı isə o, digər bioloji aktiv maddələrə çevrilir.

Mənbə: cebhe.info