İsveçdə 5G şəbəkəsi qurulur

İsveçdə yeni nəsil mobil şəbəkələr üçün tezlik hərracı bir günün içində baş tutub və 5G şəbəkəsinin yaradılmasında iştirak edəcək dörd operatoru müəyyənləşdirilib.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Poçt və Telekommunikasiya İdarəsi (PTS) məlumat verir.


Bildirilir ki, 3.5 GHz və 2.3 GHz tezlik diapazonlarında tenderi "Hi3G Access", "Net4Mobility", "Telia Sverige" və "Teracom" şirkətləri qazanıb. Tezliklərin satışından əldə edilən ümumi məbləğ 2,3 milyard kron (250 milyon dollar) təşkil edib.


20 oktyabrda ilk 5G tezlik hərraclarının keçirilməsi təşkil olunmağa başlarkən milli təhlükəsizlik baxımından iştirakçılar üçün bir sıra tələblərin hazırlandığı elan edildi. İştirak üçün şərtlərdən biri Çinin "Huawei" şirkətinin məhsullarının yeni tətbiq olunan sistemlərdə tam olmaması idi. "Huawei" bu qərardan apellyasiya şikayəti verib.


1 yanvar 2020-ci ildə qüvvəyə minən qanunvericiliyə uyğun olaraq, tenderə dair müraciətlərə baxılması bu diapazonlarda radio avadanlıqlarının istifadəsinin İsveç təhlükəsizliyini pozmamasını təmin etmək üçün İsveç Silahlı Qüvvələri və Təhlükəsizlik Polisi ilə məsləhətləşərək həyata keçirilib.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Sübut edildi, bunu Qorbaçov edib, amma... - Gerdin

SONRAKI XƏBƏR

Özbəkistan mətbuatı 20 Yanvar faciəsi ilə əlaqədar materiallar yayımlayıb