Android smartfonlarından tətbiqin silinməsi onunla birlikdə bütün məlumatların da yox olması demək deyil.
Publika.az-a istinadla xəbər verilir ki, bu barədə "MakeUseOf" nəşri məlumat yayıb.
Media mütəxəssisi Şahir Xan bildirib ki, bir çox istifadəçi tətbiqi telefondan silərkən onun izsiz yox olduğunu düşünərək yanılırlar. Onun sözlərinə görə, hər bir proqram özündən sonra "zibil" adlandırılan sistem məlumatları, keş və digər informasiyalar buraxır. Mütəxəssis həmin məlumatların silinməsinin gizli üsulunu paylaşıb.
Müəllif nümunə olaraq "Call of Duty: Mobile" oyununu göstərib. O, oyunu quraşdırıb və telefondan silib, lakin sonradan qurğunun yaddaşında daha 1,5 giqabayt məlumat tapıb. Bununla əlaqədar olaraq Xan istifadəçilərə smartfonun yaddaşındakı qovluqların tərkibini nəzərdən keçirməyi məsləhət görüb — bunu "zibil" təmizləmək üçün xüsusi proqramların köməyi ilə etmək olar.
Qeyd olunub ki, "Android" əməliyyat sistemi saxlanılan məlumatlara tam girişi nəzərdə tutmur, buna görə də kənar tərtibatçıların utilitlərindən istifadə etməli olurlar. Onların köməyi ilə telefonda tutulan yaddaşın təhlilini aparmaq və silinmiş tətbiqlərdən qalan faylları təmizləmək mümkündür.
Mənbə: www.bakupost.az