BƏƏ Rusiya peyvəndini qeydiyyatdan keçirdi

BƏƏ Rusiya peyvəndini qeydiyyatdan keçirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə və Profilaktika nazirliyi koronavirusa qarşı Rusiya vaksini olan “Sputnik V”nin qeydiyyatını həyata keçirib.

Bu barədə Rusiyanın Birbaşa İnvestisyalar Fondu məlumat verib.

Məlumata əsasən, “Sputnik V” peyvəndi surətləndirilmiş prosedurla BƏƏ-də qeydiyyatdan keçirilib.

Hazırda BƏƏ-də 1000 nəfər könüllünün iştirakı ilə “Sputnik V” peyvəndinin III sınağı keçirilir.

Mənbə: eastnews.org