Bu ölkə “Bayraktar”ı vura bilən antidron hazırladığını açıqladı - FOTO

Bu ölkə “Bayraktar”ı vura bilən antidron hazırladığını açıqladı - FOTO

Türkiyədən “Bayraktar TB2” alan Ukrayna, Türkiyə istehsalı silahlı PUA-lara qarşı “Cobra-AntiDrone” adlanan yeni bir silah hazırlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən silah bir dəqiqədən daha az müddətdə hücum pozisiyası alır. Silah 12 kaliberlik tək mərmi ilə dronları hədəf alaraq yenidən vəzifəsini icra etmək məqsədilə güllə yüklənməsi üçün geri qayıdır.
“Sözcü” qəzetinin yazarı Əli Gülənin əldə etdiyi məlumata görə, “Cobra-AntiDrone” “Bayraktar TB2”, eyni zamanda İsrailin “Mini Harpy” tipli PUA-larına qarşı dizayn edilib. Aparat tank əleyhinə silah sistemi kimi qəbul edilir və idarəçisiz döyüş sursatlarının qarşısını alma qabiliyyətinə malikdir. Mini “Cobra-AntiDron” 40 santimetr uzunluğundadır. Diametri 12 santimetrdir. Çəkisi 2,2 kiloqramdır. Üstəlik, qurğuya 1 kiloqramlıq döyüş başlığı daxil edilib.
Bu mini helikopterin önləmə yüksəkliyi 2 kilometr, döyüş radiusu isə 5 kilometrdir. Yeni silah tamamilə süni intellekt və müstəqil şəkildə hərəkət edir.
Qeyd edək ki, bu sistem PUA-lara qarşı elektron müharibənin uğursuzluğu səbəbindən hazırlanıb.

Mənbə: www.yeniavaz.com