CAR vaksinlərə Avropadan daha çox pul ödəyəcək

CAR vaksinlərə Avropadan daha çox pul ödəyəcək

CAR "Oxford-AstraZeneca" şirkətlərinin birgə istehsalı olan COVID-19 əleyhinə vaksin üçün Avropadan daha çox pul ödəyəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vaksinlərin hər dozası üçün CAR 5,25 dollar ödəyəcək. Avropa Birliyi ölkələri isə 2,16 dollar ödəyir. Bu o deməkdir ki vaksinlər CAR üçün 2.5 qat daha baha başa gəlir.

Qeyd edək ki, koronavirus pandemiyasından ən çox təsirlənən ölkələrdən olan CAR 1.5 milyon dozalıq vaksin sifariş edib.

Mənbə: www.unikal.org