Xiaomi Türkiyədə istehsala başlayacaq

Xiaomi Türkiyədə istehsala başlayacaq

Çinin smartfon istehsalçısı Xiaominin İstanbulda smartfon istehsalına başlayacağı gözlənilir.

TED.az xəbər verir ki, şirkət istehsal üçün Salcomp-un müəssisəsini seçib. 14 min kvadratmetrlik qapalı ərazidə inşa edilən fabrikdə 2 min əməkdaşın işləyəcəyi gözlənilir.

Bundan əlavə, Xiaomi-nin istehsala 2021-ci ilin ilk rübündə başlayacağı ehtimal olunur.

Mənbə: ted.az