“Lada Niva” avtomobilinin yeni modeli - SATIŞA ÇIXARILIB

“Lada Niva” avtomobilinin yeni modeli - SATIŞA ÇIXARILIB

Rusiyanın “AvtoVAZ” şirkəti “Black” seriyasında yeni “Lada Niva Legend” beşqapılı avtomobilini satışa çıxarıb.

FED.az xəbər verir ki, avtomobilin dizaynı əvvəlkilərdən qara rəngə daha çox üstünlük verilməsi ilə fərqlənir. Yeni “Lada Niva Legend” avtomobilinin qiyməti 729 min rubldan (təxminən 16 580 manat) başlayır.

Qeyd edək ki, “Black” seriyasına “Vesta”, “Xray” avtomobillərinin kross variantları, eləcə də “Lada Niva Legend”in üçqapılı variantı daxildir.

Mənbə: fed.az