"İzjoqa" dərmanı koronavirusu müalicə edə bilər?

Mədə yanması, qıcqırma və reflüksə qarşı olan famotidin dərmanı koronavirus xəstələrinin mülaicəsində uğurlu nəticə verə bilər.

Milli.Az xəbər verir ki, ABŞ-ın Faynşteyn İnstitutunun doktoru Kevin Treysi 23 xəstəxanadan olan 1200 könüllü pasiyentin üzərində bu dərmanı sınayacaq.
Famotidin dərmanının koronavirus xəstələrində müalicənin sürətlənməsinə təsir etməsi barədə bir neçə fakt var. Lakin böyük masştablı tədqiqat indi aparılır. Nəticələr yaxında dərc olunacaq.

İştirakçıların yarısına famotidin, yarısına plasebo effektli sistem köçürülür.

Alimi bu tədqiqatı aparmağa vadar edən məqam Massaçusets xəstəxanasının həkiminin mədə qıcqırması olan və dərmanını qəbul edən xəstələrin virusu ağır keçirməməsi barədə fikri olub. /medicina.az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Çelsi”nin baş məşqçisi postuna namizədlər bəlli olub

SONRAKI XƏBƏR

Türkün birliyinə aparan 9-cu bəndi: “Dostluq” müqaviləsi... - Şərh