BMT yeni mobil oyun təqdim edəcək - VİDEO

BMT yeni mobil oyun təqdim edəcək - VİDEO

Birləşmiş Millətlər Təşkilatı Yerin ozon təbəqəsinin vacibliyi barədə oyun hazırlayır.

“Eurogamer”in məlumatına görə, “Reset Earth” adlanan mobil oyun planetin müdafiəsində ozon təbəqəsinin vacib rolu haqqında istifadəçilərdə, xüsusən də azyaşlı və yeniyetmələrdə daha ətraflı təsəvvür yaratmaq üçün nəzərdə tutulub.

Mobil oyun yanvarın 24-də ekranlara çıxacaq eyniadlı cizgi filminin motivləri əsasında tərtib olunub.

Burada hadisələr 2084-cü ildə, ozon təbəqəsinin dağılması səbəbindən bəşəriyyətin məhv olma təhlükəsilə üzləşdiyi bir dünyada baş verir.

Fevralın 10-dan etibarən mobil oyunu “App Store” və “Google Play”dən yükləmək mümkün olacaq.

Mənbə: www.oxu.az