"TikTok" 10 yaşlı qızın ölümünə səbəb oldu - FOTO

"TikTok" 10 yaşlı qızın ölümünə səbəb oldu - FOTO

"TikTok" sosial şəbəkəsi 10 yaşlı uşağın ölümünə səbəb olub.

Sfera.az xəbər verir ki, İtaliyada 10 yaşlı qız məhz bu şəbəkədə keçirilən qəribə yarışa qoşulub. Belə ki, yarışın şərtlərinə görə boğazına ip keçirib daha uzun müddət dayana bilən şəxs oyunu qalibi hesab olunur. Azyaşlı "TikTok"da yaşıdlarının iştirak etdiyi bu axına qoşulub və uzun müddət nəfəssiz qaldığı üçün həyatını itirib.

Bundan sonra İtaliya rəsmiləri azyaşlıların "TikTok"a girməsi məsələsinə xüsusi qadağa qoyub. Qadağa 15 fevraladək qüvvədədir və bu vaxtadək yaş məhdudiyyəti məsələsi ilə bağlı qərar qəbul ediləcək. sfera

Mənbə: olaylar.az