Koronavirusun yeni növünə yoluxan 13 nəfərdən 10-u ölür? - İnanılmaz rəqəmlər

Koronavirusun yeni növünə yoluxan 13 nəfərdən 10-u ölür? - İnanılmaz rəqəmlər

İngiltərədə yayılan koronavirusun mutasiyaya uğramış yeni növü əvvəlkilərdən daha ölümcüldür.

Bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson məlumat verib.

Dövlət rəsmisi dünən keçirilən brifinqdə yeni virusun daha sürətlə yayıldığını və daha ölümcül olduğunu açıqlayıb. Baş Nazirin açıqladığı məlumata görə, virusa yoluxan 13-15 nəfərdən 10-u xəstəliyin qurbanı olur.

Conson həmçinin vətəndaşlara vurulan "Pfizer" və "AstraZeneca" peyvəndlərinin həm virusun mutasiya etmiş yeni növünə, həm də əvvəlki növünə qarşı təsirli olduğunu vurğulayıb.

 

Hazırda Böyük Britaniya virusun yayılmasına və ölüm hallarına görə dünyada birinci yerdədir. İngiltərədə son 24 saatda 1401 nəfər virusun qurbanı olub. Son 28 gündə bu xəstəlikdən ölənləri sayı 95 mindən çox olub.

Mənbə: olaylar.az