"Facebook"da problemlər yaranıb

"Facebook"da problemlər yaranıb

Bir neçə ölkədə “Facebook” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Xeberler.az bildirir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında deyilir.

Qeyd olunur ki, sosial şəbəkədəki nasazlıqlar ABŞ-ın şərq sahili vaxtı ilə 21:31-dən (Bakı vaxtı, şənbə günü 06:31) sonra baş verməyə başlayıb. Ən çox nasazlıqlar ABŞ, Niderland və Böyük Britaniyada müşahidə edilir.

Problemlərlə bağlı şikayət edən “Facebook” istifadəçilərinin təxminən 56%-i hesablarına daxil ola bilmir, digər 25%-i sosial şəbəkənin tamamilə bağlanmasından şikayətlənir, 18%-i lentə baxmaqda çətinlik çəkir.

Mənbə: xeberler.az