Ən ölümcül xərçəngin 4 erkən simptomu

Ən ölümcül xərçəngin 4 erkən simptomu

Mədəaltı vəzi xərçəngi ən təhlükəli və ən ölümcül xərçəng növüdür. Xəstəliyin simptomları spesifik olmadığından diaqnoz bir çox hallarda gec qoyulur və bu da xəstəliyin proqnozunu ağırlaşdırır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mədəaltı vəzinin ən birinci simptomu qarın nahiyəsində ağrılardır.

Xəstəlik inkişaf etdikcə xəstənin çəkisi azalmağa başlayır, dərisi saralır, "yağlı nəcis" kimi simptom əmələ gəlir (nəcisin üzərində və unitazdakı suda yağ damcıları görünür).

Şişin ölçüləri böyüdükcə qarında ağrılar çox şiddətli olur.

Mədəaltı vəzi xərçənginin dəqiq səbəbləri bilinmir, lakin bəzi risk faktorları mövcuddur. Bu irsiyyət, siqaret çəkmək, pankreatit, 2-ci tip şəkərli diabet xəstəliyidir.

Mənbə: news.milli.az