Tesla Model Y modelini üçüncü oturacaq cərgəsini nümayiş etdirib - VİDEO - FOTO

Tesla Model Y modelini üçüncü oturacaq cərgəsini nümayiş etdirib - VİDEO - FOTO

Tesla şirkəti yeddi yerlik salonu olan Model Y krossoverinin üçüncü oturacaq cərgəsinin quruluşunu və funksiyalarını nümayiş etdirən rəsmi videoçarxı yayımlayıb. Üüçüncü cərgə opsional avadanlıqlar siyahısına daxil edilib və 3000 dollara başa gəlir.

Üçüncü oturacaq cərgəsini, güc qurğusundan asılı olmayaraq, Tesla Model Y modelinin istənilən modifikasiyasına quraşdırmaq olar. Yuxarıda qeyd etdiyimizi kimi, beş nəfərlik salona malik olan standart krossoveri 3000 dollar qarşılığında yeddi nəfərlik salonla sifariş etmək olar.

Əlavə oturacaqlar daha çox uşaqlar üçün uyğundur və baqaj bölməsində quraşdırılır, sərnişinlər isə elektrokarın hərəkət istiqamətində otururlar. Xatıladaq ki, Tesla Model S liftbekində onlar hərəkətin əksi istiqamətində əyləşirlər.

Lakin, ayaq zonasındakı məkanı artırmaq üçün, ikinci sıranın oturacaqlarını qatlamaq gərəkdir. Nəticədə, ayaqları uzatmağa imkan verən düz bir səth peyda olur. Ancaq, bu vəziyyətdə krossover yenidən beş nəfərlik olacaqdır. Sonuncu cərgənin oturacaqları oturacaq elektriklə tənzimlənir, USB-C portları, fincan tutucuları və çıxan baş dayaqları ilə təchiz edilir.

Yanvar ayının əvvəlində Tesla şirkəti Model Y krossoverinin arxa ötürməli baza versiyasını təqdim etmişdi. Elektromobil arxa təkərləri fırladan bir elektrik mühərriki ilə təchiz edilir və 41.990 dollara başa gəlir.

Mənbə: news.milli.az