Toyota şirkəti Grand Highlander adını qeydə alıb - FOTO

Toyota şirkəti Grand Highlander adını qeydə alıb - FOTO

Toyota şirkəti yeni Grand Highlander adını patentləşdirib. Bu barədə məlumatı Amerika Birləşmiş Ştatları Patent və Ticarət Nişanı Bürosunun (USPTO) məlumatlar bazasında dərc olunub. Böyük ehtimalla, söhbət ölçülərinə görə Highlander modelindən daha iri olacaq yeni ofrouderdən gedir.

Yapon markasının model cərgəsində Toyota Highlander modeli aparıcı kuzovu olan ən böyük avtomobildir - onun uzunluğu 4,9 metrə çatır və ölçüləri baxımından yalnız ramalı Sequoia və Land Cruiser modellərindən geri qalır.

Çox güman ki, Toyota tezliklə Grand Highlander modeli ilə ofrouderlər çeşidini genişləndirəcəkdir. Bu fərziyyəni, yapon istehsalçısının 2022-ci ildə Sequoia modelinin istehsalının İndianadakı zavodundan Highlander krossoverinin də buraxıldığı Texasa köçürmək planları da təsdiqləyir. Bu yolla Toyota şirkəti yeni modelin buraxılması üçün istehsal gücünü azad etmək niyyətində olduğu bildirilir.

İndiyə qədər Toyota yeni modelin buraxılacağını rəsmi olaraq təsdiqləməyib. Toyota Grand Highlander modelinin 2021-ci il ərzində təqdim ediləcəyi ehtimal olunur.

Mənbə: news.milli.az