“Gemini” “ChatGPT”yə çatır - 1 milyard istifadəçi

“Gemini” “ChatGPT”yə çatır -

“Google”ın süni intellekt platforması “Gemini” 1 milyard aylıq aktiv istifadəçi həddini keçib. Bu göstərici onun “ChatGPT” ilə rəqabətdə fərqi sürətlə azaltdığını göstərir.

“Google”ın baş icraçı direktoru Sundar Pichai şirkətin süni intellekt platforması “Gemini”nin 1 milyard aylıq aktiv istifadəçi həddini keçdiyini açıqlayıb.
Pichai “X” hesabında paylaşdığı açıqlamada “Gemini artıq 1 milyard aylıq aktiv istifadəçiyə çatıb” deyib.
Bununla “Gemini” “Google” ekosistemində 1 milyarddan çox istifadəçiyə sahib olan 14-cü platformaya çevrilib.
“OpenAI”nin süni intellekt platforması “ChatGPT” isə 1 milyard aylıq aktiv istifadəçi göstəricisinə iyun ayında çatmışdı. Beləliklə, “Gemini” süni intellekt bazarında əsas rəqibinə sürətlə yaxınlaşır.
“Google” süni intellekt texnologiyalarını axtarış sistemindən “Workspace” xidmətlərinə, “Android” əməliyyat sistemindən mobil tətbiqlərə qədər müxtəlif platformalarına inteqrasiya edir.
Məlumata görə, “Gemini” iOS platformasında da 100 milyondan çox aktiv istifadəçiyə çatıb.
Qeyd edək ki, açıqlanan 1 milyard göstəricisi yalnız “Gemini” tətbiqinə aiddir və “Google”un digər xidmətlərində “Gemini” dən istifadə edən şəxsləri əhatə etmir.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az