3D printer vasitəsilə poladdan avar valı çap edilib

3D printer vasitəsilə poladdan avar valı çap edilib

"Naval Group" şirkəti 3D printer vasitəsilə poladdan avar valı çap edib.

Milli.Az seanews.az-a istinadən bildirir ki, val Fransanın hərbi dəniz qüvvələri üçün çap olunub.

Diametri 2.5 metr, pərinin hər biri 200 kq olan val "Mil.Press FLOT" şirkətinə məxsus "Andromed" adlı gəminin əsaslı təmiri zamanı quraşdırılıb. Val şirkətin Fransanın Nant-Ender şəhərindəki müəssisəsində 2020-ci ilin oktyabrında hazır ediləndən sonra Bretan şəhərindəki gəmiqayırma zavoduna göndərilib.

2020-ci ilin noyabrında quraşdırılandan sonra dekabrın sonunda uğurla sınaqdan çıxıb.

"Naval Group" şirkətindən verilən məlumata görə, valın çap edilməsinə hazırlıq 3 il davam edib. Şirkət gəminin idarəetmə sisteminin detallarını da bu texnologiya ilə istehsal etməyi planlaşdırır.

Mənbə: news.milli.az