2021-ci ildə TikTok-da olacaq 10 trend

2021-ci ildə SMM sahəsində göstəricilərinizi necə yaxşılaşdıracağınızı düşünürsünüz? O zaman TikTok-a diqqət yetirin. Adıçəkilən sosial şəbəkə çox sürətlə böyüyür və keyfiyyətli traffik və biznes potensialı yaratmağa davam edir. Aşağıda sizin kanalınızı 2021-ci ildə inkişafa aparacaq 10 trend haqqında bəhs edəcəyik. Kanalınızdan ən yaxşı şəkildə faydalanmaq üçün strategiyanızı planlaşdıranda aşağıda qeyd edəcəklərimizi nəzərə almaqda fayda var.

1. Markalar və bloggerlər TikTok platformasında get-gedə ustalaşır: 2021-ci ildə daha çox şirkətlər və influencerlər marketinq məqsədləri üçün TikTok platformasından istifadə etməyə başlayacaqlar.

2. TikTok trendləri, kommersiyaya fokuslanın: Shopify ilə TikTok-un əməkdaşlığı nəticəsində platforma üzərindən alış-veriş daha populyar hala gələcək.

3. Marka - həştəq-çellenclər: Çellenclər marka kimliyini və effektivliyini artırmaqda vacib olduğunu sübut etdi. Ona görə də 2021-ci ildə çellenc TikTok-da ən böyük trendlərdən biri olacaq.

4. TikTok-da daha çox videoreklam görünəcək: TikTok-da marketinqi inkişaf edir. Çünki TikTok biznes üçün bir platforma ortaya qoyub. Ona görə də 2021-ci ildə platformada daha çox videoreklam görə bilərik.

5. 2021-ci il TikTok trendi: #memes artıq platformada 34,4 milyard dəfə istifadə edilib və o populyarlıq qazanmaqda davam edəcək.

6. Remikslər - yeni istifadəçi tərəfindən yaradılan məzmundur: Daxili redaktə funksiyalarının köməyi ilə daha çox istifadəçi TikTok-da daha çox remiks yaradacaq.

7. Daha çox məşhur TikTok trendlərində iştirak edəcək: Daha çox ulduz gənc pərəstişkarlarının marağını cəlb etmək üçün TikTok platformasına qoşulacaq.

8. TikTok-da musiqinin təbliği: Stitch-in bazara çıxarılması sayəsində daha çox musiqiçi və qrup əməkdaşlıq edəcək və yeni musiqini təqdim edəcək.

9. TikTok trendləri - Yeni TV: TikTok istifadəçilər üçün klassik TV şou-nun yerini alır. Bu tendensiya isə 2021-ci ildə də böyüməyə davam edəcək.

10. TikTok-da marka kimliyinin tanıdılması: Sosial şəbəkədə orijinal kontent yaratmaq uğurun əsas açarlarından biri olmağa davam edəcək.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Korotçenkodan KRİTİK AÇIQLAMA: "Bayden Azərbaycanla bağlı..."

SONRAKI XƏBƏR

Erməni zabitlərin tamah saldığı Şelli kəndi – Nar bağları, istixanalar, əkin sahələri (VİDEOREPORTAJ)