Nissan yeni nəsil Qashqai modelinin interyerini nümayiş etdirib - FOTO

Nissan şirkəti üçüncü nəsil Qashqai krossoverinin interyerini nümayiş etdirib. İnteryerin ümumi arxitekturası dəyişməsə də, ölçüləri artan salonda 9-düymlük ekranı olan yeni multimedia sistemi, 12,3-düymlük rəqəmsal cihazlar paneli və 10,8-düymlük proyeksiya displeyi quraşdırılmışdır.

Nissan şirkəti yeni nəsil Qashqai modelinin daha geniş salona sahib olduğunu bildirir: ikinci sıradakı sərnişinlərin dizi sahəsindəki məkan 28 millimetr, onların başları üzərindəki məkan isə 15 millimetr artmışdır . Bundan əlavə, baqaj bölməsinin həcmi də 74 litr artırılıb. Yeni Qashqai üçün NissanConnect sistemi, 10 dinamikli Bose Premium səs sistemi və smartfon üçün simsiz doldurma meydançası, eləcə də salonun nappa dərisi ilə üzlənməsi (top versiyada) bəyan edilib. İstehsalçının bildirdiyinə görə, dəri örtüyün hazırlanmasına 25 gün gərəkdir. Daha bir saat "3D" tikişlərin tətbiqi üçün lazımdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni Qashqai modelində transmissiyanın ənənəvi selektorunu coystik ilə əvəz olunub, tam ötürməli versiyalarda tutqun xromdan halqası və parlaq orta hissəsi olan hərəkət rejimlərinin seçilməsi şaybası quraşdırılır.

Üçüncü nəsil Qashqai krossoveri, Nissan şirkətinin CMF-C platformasında inşa edilmiş ilk avropa modeli olacaqdır. Yeni model sələfi ilə müqayisədə 60 kiloqram daha yüngül olacaqdır. Yeni krossover dizel modifikasiyasından məhrum ediləcəkdir. Avropada, model bir neçə variantında gücə malik olan 1,3-litrlik benzin turbomühərriki, habelə e-Power güc qurğusu ilə təklif ediləcəkdir: hibrid modifikasiyanın daxili yanma mühərriki təkərləri idarə olunmasınada birbaşa iştirak etmir, yalnız elektrik mühərrikini qidalandıran batareyanı doldurmaqdan məsuldur.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə gəmisində quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub - VİDEO

SONRAKI XƏBƏR

Niyə Elon Musk dünyanın ən varlı insanı deyil? : Forbes nəşri yazır